İrakli Kobaxidze - Yeni stadionun tikintisinin 2026-cı ilin aprelində başlayacağını düşünürük və tikintinin 2028-ci ilin sonuna qədər başa çatdırılması da tamamilə realdır
Yeni stadionun tikintisinin 2026-cı ilin aprelində başlayacağını düşünürük – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.
Baş nazir deyib ki, yeni stadionun tikintisinin 2028-ci ilin sonuna qədər başa çatdırılması tamamilə realdır.
“Mən sizə yeni stadionun ehtimal olunan yerləri haqqında dəqiq məlumat verə bilmərəm, lakin sizə təxmini istiqamətlər haqda deyə bilərəm. Bu, hava limanı istiqaməti, eləcə də Rustavi istiqamətidir. Müzakirə bu iki istiqamətdə gedir. Hollandiya şirkəti ilə birlikdə artıq konkret yer seçildikdən sonra biz bu məlumatı ictimaiyyət qarşısında dəqiqləşdirə bilərik. Müddətə gəlincə, konsepsiya və memarlıq layihəsi hazırlanasıdır. Gələn ilin aprelində tikintinin başlayacağını gözləyirik. Müvafiq olaraq, tikintinin 2028-ci ilin sonuna qədər başa çatdırılması da tamamilə realdır. Büdcə də dəqiqləşdiriləcək. Bizim ilkin hesablamalarımız var, lakin mən büdcəni dəqiqləşdirməyə və sonra konkret məlumat verməyə üstünlük verərdim” – baş nazir bildirib.