İrakli Kobaxidze yeni ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvilini nazirliyin əməkdaşlarına təqdim edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yeni ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvilini nazirliyin əməkdaşlarına təqdim edib.
Hökumət başçısı qurumun əməkdaşları ilə görüşdə Davit Sonğulaşvilinin çoxillik təcrübəsinə və peşəkarlığına diqqət çəkib.
İrakli Kobaxidze qeyd edib ki, yeni nazir bu sahəni yaxşı bilir və o, həm ətraf mühitin mühafizəsi, həm də kənd təsərrüfatı istiqamətində ölkəyə uğurlar qazandıracaq.
Baş nazir sabiq nazir Otar Şamuqianın nazirliyin əldə etdiyi nailiyyətlərə verdiyi töhfədən də danışıb və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.