İrakli Kobaxidze yeni ədliyyə naziri Paata Salianı Ədliyyə Nazirliyinin əməkdaşlarına təqdim edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yeni ədliyyə naziri Paata Salianı Ədliyyə Nazirliyinin əməkdaşlarına təqdim edib. Hökumət başçısının qeyd etdiyi kimi, Paata Salia ölkədə ən yüksək ixtisaslı hüquqşünaslardan biridir.
Baş nazir sabiq ədliyyə naziri Anri Oxanaşviliyə gördüyü işlərə görə təşəkkür edib və ona Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsində uğurlar arzulayıb.
“Paata Salia Gürcüstanda ən uğurlu vəkillərdən biridir. O, illər ərzində çox uğurlu vəkillik fəaliyyəti ilə məşğul olmuşdu və ölkəmizdə ən yüksək ixtisaslı hüquqşünaslardan biridir. Son aylar ərzində o, bizim siyasi komandamızın, Gürcüstan Parlamentinin üzvü idi və indi artıq Gürcüstanın ədliyyə naziri vəzifəsini tutur. O, ölkəmizdə bu xüsusi əhəmiyyət kəsb edən quruma ləyaqətlə rəhbərlik etmək üçün bütün keyfiyyətlərə malikdir. O, təkcə çox yaxşı peşəkar deyil, həm də vicdanlı insandır. Əminəm ki, o, qeyri-adi ədliyyə naziri olacaq” – İrakli Kobaxidze bildirib.
Paata Salia göstərilən etimada görə hökumət başçısına təşəkkür edib və ədliyyə naziri vəzifəsində ölkəyə ləyaqətlə xidmət etməyə hazır olduğunu qeyd edib.