İrakli Kobaxidze yeni ədliyyə naziri Anri Oxanaşvilini nazirliyin əməkdaşlarına təqdim edib
İrakli Kobaxidze yeni ədliyyə naziri Anri Oxanaşvilini nazirliyin əməkdaşlarına təqdim edib

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yeni ədliyyə naziri Anri Oxanaşvilini nazirliyin əməkdaşlarına təqdim edib.

Hökumət başçısı Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşdə Anri Oxanaşvilinin peşəkar təcrübəsini vurğulayıb və onun yüksək ixtisaslı hüquqşünas olduğunu qeyd edib.

Baş nazirin bəyanatına əsasən, Anri Oxanaşvili illər boyunca bir çox sahələrdə uğurla fəaliyyət göstərib və uğurlu ədliyyə naziri olacaq.

İrakli Kobaxidze ədliyyə naziri vəzifəsində fəaliyyətinə görə Rati Breqadzeyə təşəkkür edib.