İrakli Kobaxidze – Yeddi aylıq iqtisadi artım 7,9 faiz təşkil edib, göstəricinin yaxşılaşmasının səbəblərindən biri hökumətin yüksək səviyyəsində korrupsiyanı aradan qaldırmağımızdır

18:12, 08.09.2026

Cari ilin iyul ayında iqtisadiyyat 8 faiz artıb. Beləliklə, cari ilin ilk 7 ayında iqtisadi artım 7,9 faiz təşkil edib. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Baş nazirin sözlərinə görə, bu, iqtisadi artımın yüksək tempinin qorunub saxlanıldığını göstərir.

“Bütün bu istiqamətlər üzrə müsbət dinamika var. İqtisadi inkişafla bağlı müxtəlif sahələrdə çox mühüm dəyişikliklər və islahatlar həyata keçirilib. Bu, logistika, nəqliyyat, kommunikasiya, energetika, turizm və bir çox digər sahələrə aiddir. Təbii ki, bu iqtisadi göstəricilərin əsas səbəblərindən biri məhz iqtisadiyyatın müxtəlif sahələrində və müxtəlif istiqamətlərdə əldə olunan bu irəliləyişdir.

Bundan əlavə, korrupsiyaya qarşı mübarizə öz nəticələrini verir. Ötən illə müqayisədə iqtisadi artım göstəricisini yaxşılaşdırmağımızın səbəblərindən biri də məhz hakimiyyətin yüksək səviyyəsində korrupsiyanı aradan qaldıra bilməyimizdir. Korrupsiyaya qarşı mübarizəni bütün səviyyələrdə davam etdiririk”, – deyə Baş nazir bildirib.

Oxşar