İrakli kobaxidze - “Yayımlar haqqında” qanunlayihənin dəstəyi qərarını müzakirə əsasında qəbul etdik
Gürcüstan parlamentinin sədri, İrakli Kobaxidzenin bəyan etdiyinə görə, əgər prezident “Yayımlar haqqında” qanunvericilik zərfinə veto qoysa, parlamentə məsələ üzərə müzakirə təşkil ediləcək, nəticədə yekun qərar qəbul ediləcək. Bu barədə İrakli Kobaxidze Birinci Kanala Varşavada bəyan etdi.
“Parlamentdə “Yayımlar haqqında” qanunlayihə ilə bağlı bizim ciddi müzakirəmiz var idi. Qanunlayihənin dəstəyi qərarını müzakirə əsasında qəbul etdik. Vetoya gəldikdə, bu Prezidentin səlahiyyətidir. Veto onun üçündür ki, geri parlamenta qayıtsın və bunun əsasında müzakirə baş versin. Sözsüz ki, veto ilə bağlı müzakirə olacaq və yekun qərar qəbul ediləcək”, – Kobaxidze qeyd etdi.