İrakli Kobaxidze yanğınsöndürən-xilasediciləri peşə bayramı günü münasibətilə təbrik edir – Hər birimiz vətəndaşların həyat və təhlükəsizliyinin qorunması naminə göstərdiyiniz qəhrəmanlığa bərabər əməyinizi yüksək qiymətləndiririk
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanğınsöndürən-xilasediciləri peşə bayramı günü münasibətilə təbrik edir.
İrakli Kobaxidzenin bəyanatına əsasən, yanğınsöndürən-xilasedicilərin üzərinə böyük fədakarlıq tələb edən çox çətin missiya düşür.
“Əziz yanğınsöndürən-xilasedicilər, sizi peşə bayramı günü münasibətilə ürəkdən təbrik edirəm. Sizin üzərinizə ictimai həyatımızda ən şərəfli və eyni zamanda, peşəkarlıqla birlikdə böyük fədakarlıq tələb edən çox çətin missiya düşür. Hər birimiz vətəndaşların həyat və təhlükəsizliyinin qorunması naminə göstərdiyiniz qəhrəmanlığa bərabər gündəlik əməyinizi yüksək qiymətləndiririk. Ölkəyə və cəmiyyətə sədaqətlə xidmət etdiyiniz üçün sizə minnətdarıq. Sizə sağlamlıq, möhkəmlik və dinc, təhlükəsiz xidmət arzulayıram” – baş nazirin təbrikində deyilir.