İrakli Kobaxidze - Yaxın gələcəkdə ikinci görüş baş tutacaq, biz uşaqların maraqlarından çıxış etməliyik, ümid edirik ki, məsələnin həlli yollarını birlikdə tapacağıq
İlk növbədə, uşaqların maraqlarından çıxış etməliyik, ümid edirik ki, bu məsələnin həlli yollarını birlikdə tapacağıq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Duchenne” əzələ distrofiyasından əziyyət çəkən uşaqların valideynləri ilə keçirdiyi görüşlə bağlı danışarkən deyib.
Kobaxidzenin qeyd etdiyi kimi, valideynlərlə ilk görüş bu gün baş tutub və müxtəlif məsələlər, o cümlədən konkret dərmanlarla bağlı fikir və məlumat mübadiləsi bir daha aparılıb.
“Bugünkü görüşün məqsədi bu idi. Elə ilk andan, görüşün əvvəlindəcə razılığa gəldik ki, yaxın gələcəkdə, maksimum birisi gün səhərə qədər ikinci görüş baş tutacaq və ümid edirik ki, məsələnin həlli yollarını birlikdə müəyyənləşdirəcəyik. Bu, artıq maksimum birisi gün səhər baş tutacaq ikinci görüşün məqsədi olacaq. Ümid edirik ki, bu məsələ üçün bu birgə həll yolu tapılacaq. Çox həssas mövzudur və ilk növbədə, biz uşaqların maraqlarından çıxış etməliyik. Ümid edirik ki, bu məsələnin həlli yollarını birlikdə tapacağıq” – İrakli Kobaxidze bildirib.