İrakli Kobaxidze Xorvatiya Prezidenti Zoran Milanoviçlə görüşüb
İrakli Kobaxidze Xorvatiya Prezidenti Zoran Milanoviçlə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçlə təkbətək görüş keçirib.

Tərəflər Gürcüstan və Xorvatiya arasında mövcud olan sıx tərəfdaşlığı və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə Gürcüstan və Xorvatiya arasında ticarət əlaqələrinin müsbət dinamikasına və bu istiqamətdə münasibətlərin daha da dərinləşdirilməsi imkanlarına xüsusi diqqət yetirilib.

Tərəflər həmçinin sahəvi əməkdaşlıq perspektivlərini, o cümlədən turizm, mədəniyyət və xalqlararası münasibətlər istiqamətlərini müzakirə ediblər.