İrakli Kobaxidze - Xarici ticarət istiqamətində çox yaxşı göstəricimiz var, 2025-ci ilin yanvarına olan göstəricilərə görə, xarici ticarət 39,3%-lə artıb, bu da çox əhəmiyyətli artımdır
2025-ci ilin yanvarına olan göstəricilərə görə, xarici ticarət 39,3%-lə artıb – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında açıqlayıb.
Onun sözlərinə görə, bu, ölkə üçün çox mühüm artımdır.
“Xarici ticarət istiqamətində çox yaxşı göstəricimiz var – 2025-ci ilin yanvar ayı üzrə göstəriciləri Milli Statistika Xidməti dərc edib və xarici ticarət 39,3%-lə artıb, bu da ölkəmiz üçün çox əhəmiyyətli artımdır” – baş nazir bildirib.
Hökumət başçısı bildirib ki, iqtisadi artıma gəlincə, yanvar ayının göstəriciləri hələ dəqiq formada dərc olunmayıb, lakin ilkin qiymətləndirmələrə görə, demək olar ki, iqtisadi artım ikirəqəmli göstəriciyə kifayət qədər yaxın olacaq.