İrakli Kobaxidze – www.ekalata.gov.ge portalı ictimaiyyətə məhsulları maksimum aşağı qiymətlərlə almaq imkanı verir, bu istiqamətdə səylər gələcəkdə də davam etdirilməlidir

18:46, 03.08.2026

 

www.ekalata.gov.ge portalı ictimaiyyətə məhsulları maksimum aşağı qiymətlərlə almaq imkanı verir – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Hökumət başçısının dediyi kimi, bu portal ictimaiyyət üçün çox maraqlı və innovativ təklifdir.

“Müvafiq məhsulların siyahısının genişlənməsi vacibdir, bu da ictimaiyyətə, vətəndaşlarımıza istədikləri səbəti ən ucuz qiymətə almaq imkanı verəcək. Bu istiqamətdə səylər gələcəkdə də davam etdirilməlidir” – İrakli Kobaxidze bildirib.

Oxşar