İrakli Kobaxidze - Volodimir Zelenski ilə polemikaya girmək istəmirəm, o, müharibə gedən ölkənin prezidentidir, müvafiq olaraq, onun nə bəyanat verməsindən asılı olmayaraq, buna reaksiya verməyi zəruri hesab etmirəm
İrakli Kobaxidze - Volodimir Zelenski ilə polemikaya girmək istəmirəm, o, müharibə gedən ölkənin prezidentidir, müvafiq olaraq, onun nə bəyanat verməsindən asılı olmayaraq, buna reaksiya verməyi zəruri hesab etmirəm

 

Gürcüstan Avropa İttifaqına namizəd ölkələr arasında, o cümlədən demokratiya və insan haqları baxımından, qeydsiz-şərtsiz liderdir – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin: “Avropada Gürcüstanı artıq itirmişik, insan haqları və Avropa xarakterli dövlət quruluşu orada yalnız pisləşir, Avropa özünə Moldovanı da itirmək haqqını verə bilməz” deyə BMT Baş Assambleyasında verdiyi bəyanatı ilə əlaqədar Kobaxidzeyə sual veriblər.

Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan insan haqları, eləcə də demokratiya baxımından bütün namizəd ölkələrdən on pillə üstündür.

“Volodimir Zelenski ilə polemikaya girmək istəmirəm. O, müharibə gedən ölkənin prezidentidir, müvafiq olaraq, onun nə bəyanat verməsindən asılı olmayaraq, buna reaksiya verməyi zəruri hesab etmirəm. Demokratiya və insan haqları baxımından vəziyyətə gəlincə, Ukraynada bu baxımdan, demokratiya, eləcə də insan haqları baxımından faciəvi vəziyyət mövcuddur. Belə bir zamanda Gürcüstanda demokratiya və insan haqlarından danışmaları özü-özlüyündə cəfəngiyyatdır. Gürcüstan Avropa İttifaqına namizəd ölkələr arasında, o cümlədən demokratiya və insan haqları baxımından, qeydsiz-şərtsiz liderdir. Biz insan haqları, eləcə də demokratiya baxımından bütün namizəd ölkələrdən on pillə üstünük” – İrakli Kobaxidze bildirib.