İrakli Kobaxidze - Viza rejiminin liberallaşdırılmasının dayandırılması məsələsini önə çəkməklə, demokratik seçkilərimizə müdaxilə cəhdi edilir, bununla bütövlükdə Avropa İttifaqı nüfuzdan salınır, bu da təəssüf doğurur
Seçkilərə birbaşa müdaxilənin bir sıra halları yadımızdadır, burada da viza rejiminin liberallaşdırılmasının dayandırılması məsələsini önə çəkməklə, demokratik seçkilərimizə müdaxilə cəhdi edilir, bu da Avropa bürokratiyasının imicinə çox mənfi şəkildə əks olunacaq, bu isə xüsusilə təəssüf doğurur – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acaranın İctimai Yayımçısının “Azad mühit” verilişində deyib.
Hökumət başçısının qeyd etdiyi kimi, “Gürcü Arzusu”nun seçki şanslarına zərər vurmaq üçün seçkilər öncəsi hər dəfəsində müxtəlif cəhdlər edilir.
“Bütün bunlar 2020-ci ildə, Avropa İttifaqının seçkilərə iki həftə qalmış ölkəyə 70 milyon avroya yaxın krediti dayandırmağa hazırlaşdığı zaman başladı. O vaxt qabaqladıq və bu kreditdən imtina etdik, bu kredit bizə artıq heç nə üçün lazım deyildi, lakin bu, birbaşa seçki nəticələrinə hesablanmışdı, seçki şanslarımıza zərər vurmalı idi və bu ruhda hərəkətlər davam edir. Həmçinin, yadımızdadır ki, əvvəlki seçkilər zamanı cənab səfir birbaşa çıxdı və seçicini səsvermə günü “Gürcü Arzusu” hakimiyyətinə qarşı və müvafiq olaraq, müxalifətin xeyrinə səfərbər olmağa çağırdı. Bu cür birbaşa müdaxilənin bir sıra halları yadımızdadır, burada da bu məsələni önə çəkməklə, demokratik seçkilərimizə müdaxilə cəhdi edilir. Bu da Avropa bürokratiyasının imicinə çox mənfi şəkildə əks olunacaq və bu isə xüsusilə təəssüf doğurur, bununla təkcə Avropa bürokratiyası deyil, həm də bütövlükdə Avropa İttifaqı nüfuzdan salınır, bu da həqiqətən təəssüf doğurur” – İrakli Kobaxidze bildirib.