İrakli Kobaxidze - Viktor Orbanla söhbət zamanı siyasi və iqtisadi əlaqələrimizi gücləndirmək məqsədi daşıyan tərəfdaşlığı möhkəmləndirməyə hazır olduğumuzu bir daha təsdiqlədik
İrakli Kobaxidze - Viktor Orbanla söhbət zamanı siyasi və iqtisadi əlaqələrimizi gücləndirmək məqsədi daşıyan tərəfdaşlığı möhkəmləndirməyə hazır olduğumuzu bir daha təsdiqlədik

 

Macarıstanın Baş naziri Viktor Orbanla söhbət zamanı ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətinə xüsusi diqqət yetirdik – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazır.

İrakli Kobaxidze qeyd edir ki, Macarıstanın Baş naziri ilə görüş Antalya Diplomatiya Forumu çərçivəsində keçirilib.

“Söhbət zamanı ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətinə xüsusi diqqət yetirdik və siyasi və iqtisadi əlaqələrimizi gücləndirmək məqsədi daşıyan tərəfdaşlığı möhkəmləndirməyə hazır olduğumuzu bir daha təsdiqlədik” – İrakli Kobaxidze qeyd edib.