İrakli Kobaxidze Viktor Orbanla görüşüb
İrakli Kobaxidze Viktor Orbanla görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Budapeştə rəsmi səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.

Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin məlumatına əsasən, təkbətək görüşdə tərəflər ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Söhbət zamanı müxtəlif sahələrdə tərəfdaşlığın sonrakı inkişafına kömək etmək üçün iki ölkə arasında hökumətlərarası komissiya formatının əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, Gürcüstan və Macarıstan arasında mövcud yüksək səviyyəli siyasi münasibətlər və ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi baxımından mövcud perspektivlər vurğulanıb.

Görüş zamanı sülh və sabitliyin xüsusi əhəmiyyəti bir daha vurğulanıb.

Baş nazirin mətbuat xidmətinin məlumatına əsasən, İrakli Kobaxidze macar həmkarına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, eləcə də ölkənin Avropaya inteqrasiyasına güclü dəstəyə görə təşəkkür edib.