İrakli Kobaxidze Viktor Orbanla görüşüb
İrakli Kobaxidze Viktor Orbanla görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.

Gürcüstan Hökumət Administrasiyasının məlumatına əsasən, tərəflər Gürcüstan və Macarıstan arasında mövcud olan dostluq münasibətləri və müxtəlif sahələrdə uğurlu əməkdaşlıq haqqında danışıblar.

“Həmçinin, tərəflər görüş zamanı Gürcüstanın Avropaya inteqrasiyası prosesində mövcud çağırışları müzakirə ediblər.

Gürcüstan və Macarıstanın baş nazirlərinin görüşü Antalya Diplomatiya Forumu çərçivəsində keçirilib” – məlumatda qeyd olunub.