Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanın Baş naziri Viktor Orbanı rəsmi şam yeməyinə qonaq edib.
Avropa İttifaqı Şurasının sədri olan ölkənin baş naziri Macarıstanın xarici işlər və ticarət naziri Piter Siiarto, iqtisadi inkişaf naziri Marton Nadi, maliyyə naziri Mixai Varqa və dövlət katibi İanoş Matenin olduğu hökumət nümayəndə heyəti ilə birlikdə Gürcüstana səfər edib.
Oktyabrın 29-da Gürcüstanın Hökumət Administrasiyasında baş nazir Orbanın rəsmi qarşılanma mərasimi keçiriləcək. Gürcüstan və Macarıstanın baş nazirlərinin təkbətək və genişləndirilmiş formatda görüşləri keçiriləcək, bundan sonra da İrakli Kobaxidze və Viktor Orban media üçün birgə bəyanatlar verəcəklər.