İrakli Kobaxidze - Vətəndaşlarımızın qayğısına qalmaq və dövlət xidmətlərinə maksimal əlçatanlıq əsas prioritetlərimizdən biridir, bu istiqamətdə fəal iş davam edəcək
İrakli Kobaxidze - Vətəndaşlarımızın qayğısına qalmaq və dövlət xidmətlərinə maksimal əlçatanlıq əsas prioritetlərimizdən biridir, bu istiqamətdə fəal iş davam edəcək

 

Ədliyyə Evinin Saqareco şöbəsi Kaxeti bölgəsində 19-cu, ölkə miqyasında isə 125-cidir. Bu şəbəkənin daha da genişləndirilməsinə qayğı davam edəcək – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Saqareconun Ədliyyə Evinin açılış tədbirində çıxışı zamanı deyib.

Hökumət başçısı bildirib ki, vətəndaşların qayğısına qalmaq və dövlət xidmətlərinə maksimal əlçatanlıq hakimiyyətin əsas prioritetlərindən biridir.

“Ədliyyə Evlərində təxminən 500 müxtəlif dövlət xidməti əlçatandır. Saqarecoda vətəndaşların xidmət görəcəyi ən müasir texnika ilə təchiz edilmiş, müasir infrastruktur olacaq. Saqarecoya müasir tipli, seçilən memarlıq üslubunda daha bir tikilinin əlavə edilməsi təqdirə layiqdir. Yeni tikili Ədliyyə Nazirliyinin tabeliyində olan müxtəlif xidmətləri vahid, müasir məkanda birləşdirir. Ümumilikdə, Ədliyyə Evində 20-yə yaxın əməkdaş rahat mühitdə işlə təmin olunacaq.

Saqareconun Ədliyyə Evi məhdud imkanlı şəxslərin ehtiyaclarına tam şəkildə uyğunlaşdırılacaq” – İrakli Kobaxidze bildirib.

Baş nazirin qiymətləndirməsinə görə, səyyar Ədliyyə Evi layihəsi uğurla fəaliyyət göstərir və onun xidmətindən Kaxetidə 15 kəndin 24 000 sakini faydalanıb.

“Bu, dövlət xidmətlərinə çıxışın necə artmasından xəbər verir. Bu, əsas yanaşma, vətəndaşlarımıza qayğı, dövlət xidmətlərinə maksimum çıxışdır. Bu, bizim əsas prioritetlərimizdən biridir və bu istiqamətdə gələcəkdə də fəal iş davam edəcək. Saqareco şöbəsi Kaxeti bölgəsində 19-cu, ölkə miqyasında isə 125-cidir. Bu şəbəkənin daha da genişləndirilməsinə gələcəkdə də qayğı davam edəcək. Nəticədə, bütün ölkə miqyasında hər bir vətəndaş müvafiq xidmətlərlə və uyğun əlçatanlıqla təmin ediləcək. Mən Ədliyyə Nazirliyinə, ədliyyə nazirinə, Ədliyyə Nazirliyinin hər bir əməkdaşına, eləcə də Saqareconun yerli hakimiyyətinə və bu çox mühüm layihənin həyata keçirilməsində iştirak edən bütün insanlara təşəkkür edirəm” – baş nazir bildirib.