İrakli Kobaxidze – Venesiya komissiyasının rekomendasiyalarına müvafiq olaraq məhkəmələr haqqında qanuna dəyişiklik etdik, üç əsas rekomendasiya var idi və hər üçü əks olundu
Venesiya komissiyasının rekomendasiyalarına müvafiq olaraq məhkəmələr haqqında qanuna dəyişiklik etdik, – bu barədə jurnalistlərə Parlament çoxluğunun lideri, İrakli Kobaxidze məhkəmə islahatları barəsində Avropa Komissiyasının hesabatında mövcud olan yazılar barəsində verilən suala cavab olaraq bəyan etdi.
Kobaxidzenin dediyinə görə, rekomendasiyaların hamısı nəzərə alındı.
“Bizim bütün məsələlər üzrə məsləhətləşmələrimiz olacaq. Ali Məhkəmə hakimlərinin seçilməsinə gəldikdə, Venesiya komissiyasının rekomendasiyalarına müvafiq olaraq məhkəmələr haqqında qanuna dəyişiklik etdik Bundan irəli gələrək, rekomendasiyaların hamısı nəzərə alındı.Bildiyiniz kimi, üç əsas rekomendasiya var idi və hər üçü əks olundu”, – İrakli Kobaxidze bəyan etdi.
Avropa İttifaqının hesabatında sığınacağın verilməsinin əsassız ərizələr barəsində yazılara əldikdə, İrakli Kobaxidzenin dediyinə görə, Gürcüstan hüquqmühafizəçiləri Avropa İttifaqı strukturları ilə əməkdaşlıq edirlər ki, heç kim vizaliberallaşdırmadan sui istifadə etməsin.