İrakli Kobaxidze Vəkillər Assosiyasiyasının yeni sədri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Vəkillər Assosiyasiyasının yeni sədri İrakli Ğandaşvili ilə görüşüb.
Baş nazirin mətbuat xidmətinin məlumatına əsasən, hökumət başçısı İrakli Ğandaşvilini vəzifəyə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğur arzulayıb.
Onların məlumatına əsasən, Hökumət Administrasiyasında keçirilən görüşdə Vəkillər Assosiyasiyasının sədri baş nazirə assosiasiyanın gələcək planlarını və fəaliyyət prioritetlərini təqdim edib.
Görüşdə Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak edib.