İrakli Kobaxidze və Nauru Prezidenti arasında telefon danışığı baş tutub
Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Nauru Prezidenti Devid Adeanqi arasında telefon danışığı baş tutub.
Hökumət Administrasiyasının məlumatında, hökumət başçısının Abxaziya və qondarma Cənubi Osetiyanın müstəqil dövlətlər kimi tanınması qərarının ləğvinə görə Nauru Prezidentinə təşəkkür etdiyi və iki ölkə arasında diplomatik münasibətlərin qurulması məqsədilə danışıqlara başlamağa hazır olduğunu dilə gətirdiyi deyilir.
Onların məlumatına əsasən, telefon danışığı zamanı həmçinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.