İrakli Kobaxidze və İraq Kürdüstanının Regional Hökumətinin Baş naziri görüşdə Orta Dəhlizin imkanları haqda danışıblar
İrakli Kobaxidze və İraq Kürdüstanının Regional Hökumətinin Baş naziri görüşdə Orta Dəhlizin imkanları haqda danışıblar

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İraq Kürdüstanının Regional Hökumətinin Baş naziri Məsrur Bərzani ilə görüşüb.

Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatında, görüşdə ticarət və iqtisadi əməkdaşlıq baxımından mövcud perspektivlərə diqqət yönəldildiyi deyilir. Bu baxımdan mövcud potensial və investisiya sahəsində əlaqələrin gücləndirilməsi imkanları qeyd edilib.

“Görüş zamanı Gürcüstanın əlverişli coğrafi mövqeyinə, Orta Dəhlizin imkanlarına və ölkənin mühüm regional və logistika mərkəzi kimi roluna diqqət yönəldilib. Sülh və sabitliyin xüsusi əhəmiyyəti vurğulanıb” – Gürcüstan Hökumət Administrasiyasının məlumatında deyilir.