İrakli Kobaxidze və hökumətin üzvləri Eldar Şenqelaianın ailəsinə başsağlığı veriblər
İrakli Kobaxidze və hökumətin üzvləri Eldar Şenqelaianın ailəsinə başsağlığı veriblər

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Eldar Şenqelaianın mülki yas mərasiminin keçirildiyi Sioni Kafedral Məbədinə gedib və kinorejissor Eldar Şenqelaianın ailə üzvlərinə başsağlığı verib.

İrakli Kobaxidze ilə birlikdə, hökumətin üzvləri də Sioni Kafedral Məbədinə gediblər. Paytaxtın meri Kaxa Kaladze, mədəniyyət naziri Tinatin Ruxadze, daxili işlər naziri Qela Qeladze, xarici işlər naziri Maka Bocorişvili, təhsil naziri Qivi Mikanadze, səhiyyə naziri Mixeil Sarcveladze və ədliyyə naziri Paata Salia mülki yas mərasimində olublar.

Bununla yanaşı, “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili həyat yoldaşı Ekaterine Xvedelidze ilə birlikdə bu gün Eldar Şenqelaianın ailə üzvlərinə başsağlığı verib.

Eldar Şenqelaia avqustun 4-də 92 yaşında dünyasını dəyişib. Rejissorun cənazəsini saat 14:00-da Sioni Kafedral Məbədindən çıxaracaqlar və Didube Panteonunda valideynləri – Nato Vaçnadze, Nikoloz Şenqelaia və qardaşı Qiorqi Şenqelaianın yanında dəfn edəcəklər.