İrakli Kobaxidze Vaşinqtonda təyyarə ilə helikopterin toqquşması ilə bağlı Gürcüstan adından Amerika xalqına başsağlığı verir

15:35, 30.01.2025

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Vaşinqtonda təyyarə ilə helikopterin faciəvi şəkildə toqquşması ilə bağlı başsağlığı verir.

Baş nazir bu haqda X sosial şəbəkəsində yazır.

“Vaşinqtonda təyyarə ilə helikopterin faciəvi şəkildə toqquşması məni dərindən kədərləndirdi. Bu çətin zamanda düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilədir. Gürcüstan adından Amerika xalqına başsağlığı verirəm” – baş nazir yazır.

Oxşar