İrakli Kobaxidze – Vano Zardiaşvili haqqında yalnız müsbət sözlər deyə bilərəm, onun rəhbərliyi altında elektrosistemdə böyük məbləğdə vəsaitə qənaət olunub, bir çox layihə optimallaşdırılıb
Vano Zardiaşvili haqqında yalnız müsbət sözlər deyə bilərəm, onun rəhbərliyi altında elektrosistemdə böyük məbləğdə vəsaitə qənaət olunub, bir çox layihə optimallaşdırılıb, bunun sayəsində də dövlət müvafiq layihələri qənaətlə həyata keçirib – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Hökumət başçısının sözlərinə əsasən, onun bu müddət ərzində fəaliyyəti uğurlu olub.
“Bununla bağlı qərar bilavasitə İqtisadiyyat Nazirliyində qəbul olunacaq. Deyə biləcəyim yeganə şey budur ki, Vano Zardiaşvilinin rəhbərliyi altında Gürcüstanın elektrosistemində çox böyük işlər görülüb. Onun rəhbərliyi ilə elektrosistemdə böyük məbləğdə vəsaitə qənaət edilib. Olduqca çox layihə optimallaşdırılıb, bunun sayəsində də dövlət müvafiq layihələri qənaətlə həyata keçirib. Müvafiq olaraq, Vano Zardiaşvili haqqında yalnız müsbət sözlər deyə bilərəm. Onun bütün bu müddət ərzində fəaliyyəti uğurlu olub” – baş nazir bildirib.