İrakli Kobaxidze – valyuta ehtiyatlarımız rekord səviyyədədir, larinin kursu çox sabitdir, inflyasiya prosesləri düzgün tənzimlənir, Mərkəzi Bankın fəaliyyəti isə çox uğurludur
“Tamamilə etibar edirəm Mərkəzi Bankın fəaliyyətinə, iki illik təcrübəmizə əsaslanaraq, hansı ki Mərkəzi Bankla əməkdaşlıq çərçivəsində əldə etmişik”, – bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Hökumət başçısı qeyd edib ki, Gürcüstan Mərkəzi Bankı, xüsusən də yeni rəhbərlik vəzifəyə gəldikdən sonra, çox uğurla fəaliyyət göstərir.
“Valyuta ehtiyatlarımız rekord səviyyəyə çatıb. Yalnız son ayda, yanvar ayında, valyuta ehtiyatlarımız 141 milyon dollar artıb. Bilirsiniz ki, larinin kursu çox sabitdir, inflyasiya prosesləri düzgün tənzimlənir. Keçən il inflyasiya 4 faiz olub, əvvəlki il isə 1,9 faiz idi, orta göstərici 3 faizdən az olub ki, bu da normanın içindədir. Mən ümumiyyətlə Mərkəzi Bankın fəaliyyətini bütün sahələrdə yüksək qiymətləndirirəm – həm ehtiyatların idarə olunması, həm larinin kursu baxımından. Ümumiyyətlə, monetar və fiskal siyasət baxımından Mərkəzi Bankın fəaliyyəti çox uğurludur”, – deyə İrakli Kobaxidze bildirib.