İrakli Kobaxidze – Vaxtilə Rusiyaya qarşı sanksiyalara qoşulmamaqla tamamilə rasional, praqmatik, düzgün və alternativi olmayan qərar qəbul etdiyimiz bir daha göründü

18:15, 10.10.2026

 

Vaxtilə Rusiyaya qarşı sanksiyalara qoşulmamaqla tamamilə rasional, praqmatik, düzgün və alternativi olmayan qərar qəbul etdiyimiz bir daha göründü – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistin Amerika Birləşmiş Ştatları tərəfindən rus dizelinə qoyulan məhdudiyyətlərin ləğvi ilə bağlı sualına cavab olaraq bildirib.

Hökumət başçısı, bunun Amerika Birləşmiş Ştatlarının siyasəti olduğunu deyib.

“Vaxtilə biz Rusiyaya qarşı sanksiyalara qoşulmayanda bütün bunları nə böyüklükdə kampaniyanın müşaiyət etdiyini xatırlayırsınız. Bu fonda görürük ki, sanksiyalar yüngülləşdirilir. Vaxtilə Rusiyaya qarşı sanksiyalara qoşulmamaqla tamamilə rasional, praqmatik, düzgün və alternativi olmayan qərar qəbul etdiyimiz bir daha göründü” – baş nazir qeyd edib.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimer Putinlə uğurlu danışıqlardan sonra Rusiyanın ABŞ-a və qlobal bazara 1.8 milyon ton dizel yanacağı tədarük edəcəyini açıqlamışdı.

Oxşar