İrakli Kobaxidze - uzun müddətdir ki, Saakaşvili həbsxanada deyil, özəl klinikadadır, bu günki vəziyyət belədir, qalanları ilə bağlı müvafiq qurumlar qərar qəbul edir
İrakli Kobaxidze - uzun müddətdir ki, Saakaşvili həbsxanada deyil, özəl klinikadadır, bu günki vəziyyət belədir, qalanları ilə bağlı müvafiq qurumlar qərar qəbul edir

Gürcüstanın baş naziri İrakli Kobaxidze keçmiş prezident Mixail Saakaşvilinin həbsxanaya köçürülməsi ilə bağlı müvafiq qurumların qərar qəbul etdiyini açıqlayıb.

Hökumət başçısının qeyd etdiyi kimi, Saakaşvili çox uzun müddətdir ki, həbsxanada deyil, özəl klinikadadır.

İrakli Kobaxidze hökumətin Mixail Saakaşvilini yenidən həbsxanaya göndərmək niyyətində olub-olmaması ilə bağlı suala cavabında bildirib ki, qərarı müvafiq qurumlar verir.

“Bilmirəm, mənim üçün maraqlı deyil, müvafiq qurumlar bəzən belə qərarlar verirlər. Bilirsiniz ki, çox uzun müddətdir ki, Saakaşvili həbsxanada deyil, özəl klinikadadır, indiki vəziyyət belədir, qalanları ilə bağlı müvafiq qurumlar ehtiyaclara uyğun qərarlar verirlər. Bəzən belə, bəzən elə olacaq, görək”, – deyə Kobaxidze bildirib.