İrakli Kobaxidze - Uşaqları zorakılığın törədildiyi aksiyaya aparmışdılar, bir uşağın başına nəsə gəlsəydi, kim cavabdehlik götürəcəkdi, bütün bunlar adi faşizmdir
Uşaqları zorakılığın törədildiyi aksiyaya aparmışdılar və uşaqların vasitəsilə atırdılar, o cümlədən polislərə əşyaları, bir uşağın başına nəsə gəlsəydi, kim cavabdehlik götürəcəkdi, bütün bunlar adi faşizmdir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze bugünkü mətbuat konfransında deyib.
İrakli Kobaxidzenin qeyd etdiyi kimi, Salome Zurabişvili və bütün “Milli Hərəkat” öz televiziyaları ilə bu faşist təşəbbüsdə iştirak edirdi.
“Bir sözlə qiymətləndirsəm, bu faşizmdir, buna başqa nə ad vermək olar. Eyni zamanda, diqqətimizi ona yönəltməliyik ki, bunlar ayrı-ayrı insidentlər, ayrı-ayrı insanların təşəbbüsü deyil. Salome Zurabişvilini bu faşist təşəbbüsə qoşdular və bütün “Milli Hərəkat” öz televiziyaları ilə müvafiq təbliğatda iştirak edirdi. Bilirsiniz ki, uşaqları zorakılığın törədildiyi aksiyaya aparmışdılar və uşaqların vasitəsilə atırdılar, o cümlədən polislərə əşyaları, bir uşağın başına nəsə gəlsəydi, kim cavabdehlik götürəcəkdi. Bütün bunlar adi faşizmdir, buna başqa qiymət vermək olmaz” – baş nazir bildirib.