İrakli Kobaxidze ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşüb
İrakli Kobaxidze ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Dövlət Departamentinin nümayəndələri Çarlz Yoks və Piter Andreoli ilə görüşüb.

Gürcüstan Hökuməti-nin məlumatına görə, görüşdə Gürcüstan–ABŞ münasibətlərinin yenidən qurulması və konkret yol xəritəsinə əsaslanan strateji tərəfdaşlığın əhəmiyyəti müzakirə olunub.

“Müzakirə zamanı hökumət başçısı Gürcüstan hökumətinin qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətləri ‘təmiz səhifədən’ yenidən başlatmağa hazır olduğunu bir daha təsdiqləyib.

Qeyd olunub ki, ABŞ Dövlət Departamentinin Gürcüstana marağı təqdirəlayiqdir və bunu son dövrdə əlaqələrin intensivliyi də göstərir.

Görüşdə Gürcüstanın regionda etibarlı və güvənilən tərəfdaş rolu xüsusi vurğulanıb. Baş nazir bildirib ki, Gürcüstan regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri gələcəkdə də dəstəkləməyə hazırdır”, – deyə hökumətin məlumatında bildirilir.

Görüşdə Gürcüstanın vitse-premyeri və xarici işlər naziri Maka Boçorişvili, eləcə də hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər.