İrakli Kobaxidze – Ümid edirik ki, sonda Avropa suverenliyini bərpa etməyə və düzgün yola qayıtmağa nail olacaq. Bu isə ölkəmiz üçün həyati əhəmiyyət daşıyır

12:49, 07.09.2026

Ümid edirik ki, sonda Avropa öz suverenliyini bərpa etməyə və düzgün yola qayıtmağa nail olacaq. Bu, ölkəmiz üçün həyati əhəmiyyət daşıyır.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir qeyd edib ki, Almaniya üçün Alternativ (AfD) partiyasının reytinqi ildən-ilə artır və növbəti parlament seçkiləri ərəfəsində hazırkı hakim koalisiya üçün kifayət qədər ciddi risk yaranır.

“Bununla yanaşı, Ukraynada baş verən proseslərin əsas səbəbinin nə olduğunu hamımız bilirik. Əsas məqsəd Avropanı zəiflətməkdir. “Dərin dövlət”in əsas məqsədi Avropanı zəiflətməkdir və regionumuzda baş verənlərin praktiki nəticəsi də məhz budur. Bu, çox təəssüf doğurur.

Biz Avropaya, Avropa İttifaqına xüsusi həssaslıqla yanaşırıq və buna görə də Avropada baş verən siyasi və iqtisadi proseslər bizi çox narahat edir.

Ümid edirik ki, sonda Avropa öz suverenliyini bərpa etməyə və düzgün yola qayıtmağa nail olacaq. Bu, ölkəmiz üçün həyati əhəmiyyət daşıyır.

Biz ənənəvi olaraq Avropanın mədəni məkanının bir hissəsiyik. Buna görə də güclü Avropa ölkəmiz üçün həyati əhəmiyyət daşıyır”, – deyə İrakli Kobaxidze bildirib.

Oxşar