İrakli Kobaxidze – Ümid edirik ki, Gürcüstan və Macarıstan arasında sıx əməkdaşlıq davam edəcək, ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün hər şey ediləcək
Ümid edirik ki, Gürcüstan və Macarıstan arasında sıx əməkdaşlıq davam edəcək, ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün hər şey ediləcək – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanda jurnalistlərə açıqlayıb.
Hökumət başçısı bildirib ki, səfər çərçivəsində rəsmi şam yeməyində yeni baş nazir ilə ölkələr arasında mövcud ikitərəfli münasibətlər haqda ətraflı danışmaq imkanı olub.
“Macarıstanda olmağımdan çox şadam. Macarıstan inqilabının 70 illiyinə həsr olunmuş çox mühüm tədbir idi. Bu tədbirlərdə iştirak etdiyim üçün şadam. Səfər çərçivəsində rəsmi şam yeməyində yeni baş nazir cənab Madyar ilə ikitərəfli münasibətlərimiz haqda ətraflı danışmaq imkanım oldu. Çox ümid edirik ki, iki ölkə arasında sıx əməkdaşlıq davam edəcək. Bu, bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Gürcüstan və Macarıstan arasında ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün hər şey ediləcək” – Kobaxidze açıqlayıb.