İrakli Kobaxidze - Ümid edirik ki, avropalı bürokratiya Rusiya ilə birbaşa dialoqu bərpa etdikdən sonra Gürcüstanla da birbaşa dialoqu bərpa edə biləcək
İrakli Kobaxidze - Ümid edirik ki, avropalı bürokratiya Rusiya ilə birbaşa dialoqu bərpa etdikdən sonra Gürcüstanla da birbaşa dialoqu bərpa edə biləcək

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qiymətləndirməsinə əsasən, Rusiya ilə birbaşa dialoqun zəruriliyi barədə açıq şəkildə danışmaqla avropalı bürokratiya ikili standartlar nümayiş etdirir.

Jurnalist Kobaxidzeyə sual ünvanlayıb: “Avropalı liderlər Rusiya ilə dialoqun zəruriliyindən danışırlar, lakin bir zamanlar Gürcüstana qarşı ədalətsiz tənqid, o cümlədən sülh siyasətinə görə hakimiyyətin rus olmaqda günahlandırılması yadımızdadır. Bunu necə qiymətləndirirsiniz?”

İrakli Kobaxidze ümid edir ki, avropalı bürokratiya Gürcüstanla da birbaşa dialoqu bərpa edə biləcək.

“Avropalı bürokratiya ikili standartlar nümayiş etdirir. Rusiya ilə birbaşa dialoqun zəruriliyi barədə açıq şəkildə danışmağa başlayıblar, halbuki bu günə qədər “Gürcüstanın Rusiyayönümlü və ya rus” hakimiyyətinə malik ölkə olması bəhanəsi ilə Gürcüstanla birbaşa dialoqu bərpa etməyiblər. Bu standartların avropalı bürokratiyada nə qədər aşağı düşdüyünü görürük. Ümid edirik ki, Rusiya ilə birbaşa dialoqu bərpa etdikdən sonra Gürcüstanla da birbaşa dialoqu bərpa edə biləcəklər” – Kobaxidze bildirib.