“Dərin dövlət”in dünya miqyasında təsirləri narahatedicidir. Bu insanların Avropa bürokratiyasını nə vəziyyətə gətirdiklərini görürsünüz – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Hökumət başçısı ümid edir ki, “ABŞ və Avropa bürokratiyası sonda “Dərin dövlət”in təsirini dəf edəcək”.
“Dərin dövlət”in dünya miqyasında təsirləri narahatedicidir. Bu insanların Avropa bürokratiyasını nə vəziyyətə gətirdiklərini görürsünüz. Avropada çox ağır tendensiyalar var. Eyni şey əvvəlki 4 il ərzində ABŞ-da baş verirdi. Ümid edirik ki, ABŞ sonda “Dərin dövlət”in təsirini dəf edəcək. Ümid edirik ki, Avropa bürokratiyası da bu təsiri dəf edə biləcək. Hadisələrin inkişafını gözləyək” – baş nazir bildirib.