İrakli Kobaxidze - Ukraynada müharibənin başlamasından üç il tamam oldu, dost ölkədə sülhün mümkün qədər tez bərqərar olacağına ümidvar olduğumu bildirmək istərdim
İrakli Kobaxidze - Ukraynada müharibənin başlamasından üç il tamam oldu, dost ölkədə sülhün mümkün qədər tez bərqərar olacağına ümidvar olduğumu bildirmək istərdim

 

Bu gün Ukraynada müharibənin başlamasından üç il tamam oldu. Bu, dost ölkənin, Ukraynanın tarixində həqiqətən faciəvi tarixdir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib.

Baş nazir Ukraynada sülhün tezliklə bərqərar olacağına ümidvar olduğunu deyib.

“Müharibənin nəticələri dost ölkə, dost xalq üçün olduqca ağırdır. Bu müharibə nəticəsində çox sayda insan həlak oldu. On milyona qədər ukraynalı məcburi köçkün və qaçqına çevrildi. Hazırda Ukrayna ərazisinin 20 faizi Rusiya Federasiyasının işğalı altındadır və infrastrukturu, iqtisadiyyatı, enerji sektoru məhv olub. Ukraynanın xarici borcu iqtisadiyyatın demək olar ki, 100%-nə çatır. Builki göstərici 96% təşkil edir və ilin sonuna qədər bu göstərici artıq 100%-i keçəcək.

Dost ölkəyə, dost xalqa əmin-amanlıq arzulayırıq. Başlanmış və Ukraynada sülhün bərqərar olması ilə bağlı olan prosesin mümkün qədər tez, uğurla başa çatdırılması prinsipial əhəmiyyət kəsb edir. Bir daha dost ölkədə, Ukraynada sülhün mümkün qədər tez bərqərar olacağına ümidvar olduğumu bildirmək istərdim” – baş nazir bildirib.