İrakli Kobaxidze - Ukraynada müharibə, itki var, bunun əvəzində isə avropalı bürokratiya ilə yaxşı əməkdaşlıq var, biz ikinci cəbhədən yayınmağı bacardıq, "Dərin dövlət" buna görə qəzəblənib
İrakli Kobaxidze - Ukraynada müharibə, itki var, bunun əvəzində isə avropalı bürokratiya ilə yaxşı əməkdaşlıq var, biz ikinci cəbhədən yayınmağı bacardıq, "Dərin dövlət" buna görə qəzəblənib

 

Ukraynada müharibə, dağıntı və böyük itki var, bunun əvəzində isə avropalı bürokratiya ilə yaxşı əməkdaşlıq var, lakin inanın mənə, Ukrayna xalqı üçün bu, böyük təsəlli deyil – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumidə jurnalistlərə bildirib.

Baş nazir deyib “Gürcüstan bu ssenaridən yayınmağı bacarıb və “Dərin dövlət” buna görə qəzəblənib”.

“Dərin dövlət” avropalı strukturlara Ukraynada müharibəni uzatmağı tapşırıb. Bundan əvvəl bu prosesdə Amerika strukturları da iştirak edirdi. İndi “Dərin dövlət” avropalı strukturlara müstəsna olaraq Ukraynada müharibəni uzatmağı tapşırıb. Təşkilatların maliyyələşdirilməsi baxımından da eyni şey baş verir. Amerika fondlarından dövlətçilik əleyhinə proseslər artıq maliyyələşmir, o cümlədən, bizim ölkəmizdə və avropalı strukturlar bu yükü də öz üzərlərinə götürüblər, bu isə çox təəssüf doğurur.
Əvvəllər bizə iki cəbhədən hücum edirdilər və burada da biz öz milli maraqlarımızın müdafiəsini bacardıq. Əgər avropalı strukturlar, avropalı bürokratiya tərəfindən dövlətçilik əleyhinə fəaliyyətlər maliyyələşdirilərsə, bu barədə də öz reaksiyamızı verəcəyik. Biz sona qədər öz milli maraqlarımızı müdafiə etməliyik.
“Dərin dövlət”in öz maraqları var, “Dərin dövlət” bunun üçün avropalı bürokratiyadan istifadə edir, lakin bizim milli maraqlarımız var və biz bu maraqları sona qədər müdafiə edəcəyik. Ukraynada baş verənlərə icazə verməmək milli maraqdır. Ukraynada müharibə, dağıntı və böyük itki olub və var. Əlbətdə, bunun əvəzində avropalı bürokratiya ilə yaxşı əməkdaşlıq var, lakin inanın mənə, Ukrayna xalqı üçün bu, böyük təsəlli deyil. Gürcüstanda biz bu ssenaridən, ikinci cəbhədən yayınmağı bacardıq və “Dərin dövlət” buna görə qəzəblənib və müvafiq fəaliyyətlərdə avropalı bürokratiyadan istifadə edirlər” – baş nazir bildirib.