İrakli Kobaxidze - Ukraynada müharibə başa çatanda, düşünürük ki, bu, gələn il olacaq, Avropa İttifaqı və ABŞ-la münasibətlər yenidən başlayacaq və ədalətsiz qətnamələri heç kim xatırlamayacaq
İrakli Kobaxidze - Ukraynada müharibə başa çatanda, düşünürük ki, bu, gələn il olacaq, Avropa İttifaqı və ABŞ-la münasibətlər yenidən başlayacaq və ədalətsiz qətnamələri heç kim xatırlamayacaq

 
Bizim üçün bir şey əsasdır, Ukraynada müharibə bitən kimi – və düşünürük ki, bu mütləq gələn il olacaq – Avropa İttifaqı, eləcə də Amerika Birləşmiş Ştatları ilə münasibətlər yenidən başlayacaq. Müvafiq olaraq, belə ədalətsiz qətnamələri heç kim xatırlamayacaq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Kobaxidze bildirib ki, Ukraynada müharibə bitən kimi Avropa İttifaqının strukturları, eləcə də ABŞ tərəfindən dərhal qarşı addım atılacaq.

“Gürcüstan-Avropa İttifaqı və Gürcüstan-ABŞ münasibətləri mütləq yenidən başlamalıdır və zənnimcə, Ukraynada müharibə bitən kimi biz həm Avropa İttifaqının strukturları, həm də ABŞ tərəfindən qarşı addımın atılacağını görəcəyik” – baş nazir bildirib.