İrakli Kobaxidze - Ukrayna hakimiyyətinin yüksək vəzifəli şəxsləri Gürcüstandan ikinci cəbhəni açmasını birbaşa tələb edirdilər, Polşanın sabiq prezidentinin bəyanatı da bunu təsdiqləyir
İrakli Kobaxidze - Ukrayna hakimiyyətinin yüksək vəzifəli şəxsləri Gürcüstandan ikinci cəbhəni açmasını birbaşa tələb edirdilər, Polşanın sabiq prezidentinin bəyanatı da bunu təsdiqləyir

 

Ukrayna hakimiyyətinin tələb etdiyi şey açıq şəkildə ortadadır, bunu Polşanın sabiq prezidentinin bəyanatı əlavə olaraq təsdiqləyir – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

İrakli Kobaxidzenin qeyd etdiyi kimi, Ukrayna hakimiyyətindən Gürcüstanın ikinci cəbhə açması ilə bağlı birbaşa açıq bəyanatlar eşidilirdi.

“Hamımızın yadındadır, Ukrayna hakimiyyətinin yüksək vəzifəli şəxsləri birbaşa çıxırdılar və bizdən ikinci cəbhə açmağı birbaşa tələb edirdilər. Bunlar yüksək vəzifəli şəxslər idi, məsələn, bu Təhlükəsizlik Şurasının katibi, prezidentin baş müşaviri idi, bunlar deputatlar idi və s. Onlar Gürcüstandan ikinci cəbhəni açmasını birbaşa tələb edirdilər. Biz ikinci cəbhəni açmayanda, bunun nə ilə müşaiyət olunduğu yadınızdadırmı?
Həmçinin, sizə xatırlatmaq istəyirəm, Ukrayna hakimiyyəti sanksiya tətbiq etməməyimiz və Ukraynaya döyüşçü könüllülər göndərməməyimiz səbəbi ilə Gürcüstandan səfiri geri çağırdı. Ukrayna hakimiyyətinin tələb etdiyi şey açıq şəkildə ortadadır, bunu Polşanın sabiq prezidentinin bəyanatı əlavə olaraq təsdiqləyir, lakin Gürcüstana gəlincə, burada hər şey açıq şəkildə ortadadır, Ukrayna hakimiyyətindən Gürcüstanın ikinci cəbhə açması ilə bağlı birbaşa açıq bəyanatlar eşidirdik” – İrakli Kobaxidze bildirib.

Məlumat üçün bildirək ki, Polşanın sabiq prezidenti Ancei Duda Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşanı müharibəyə sürükləmək istədiyini bildirib. “Onlar başdan hamını müharibəyə sürükləməyə çalışdılar. Aydındır, bu, onların maraqlarına uyğun idi, NATO ölkəsini müharibəyə sürükləyə bilsəydilər ən yaxşısı olardı. Onların Rusiyaya qarşı onlarla yan-yana fəal şəkildə döyüşəcək olanları axtarması aydındır. Bu, müharibənin elə ilk günündən baş verirdi” – Ancei Duda bildirib.