İrakli Kobaxidze Üçlük kafedral məbədində Pasxa liturgiyasında iştirak edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Pasxa liturgiyasında iştirak edib.
Ümumi Gürcüstanın Katolikos-patriarxı İkinci İlia patriarx taxtının varisi, Senaki və Çxorotsğu mitropoliti Şio, yepiskoplar və dini şəxslərlə birlikdə bayram ayinini Üçlük kafedral məbədində icra edib.
Bayram ayinindən əvvəl Üçlük kafedral məbədinə toplaşan möminlər patriarxın Pasxa məktubunu dinləyiblər.
Hökumət başçısı ilə birlikdə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, parlamentin sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze, qanunverici və icraedici hakimiyyətin nümayəndələri liturgiyada iştirak ediblər.