İrakli Kobaxidze - İctimaiyyətin 3 ildir iddia etdiklərimizə dair artıq birbaşa sübutları var, o cümlədən ABŞ-nin yeni administrasiyasının qəbul etdiyi qərarlar əsasında
İctimaiyyətin ötən üç il ərzində iddia etdiklərimizə dair artıq birbaşa sübutları var, o cümlədən ABŞ-nin yeni administrasiyasının qəbul etdiyi qərarlar əsasında – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Özbəkistanda jurnalistlərə deyib.
O bildirib ki, əgər Gürcüstan hakimiyyəti sanksiyalara qoşulsa və ya Ukraynaya könüllü döyüşçülər göndərsəydi, ölkədə bu gün vəziyyət Ukraynadan qat-qat pis olardı.
“Əslində, ictimaiyyətin ötən üç il ərzində iddia etdiklərimizə dair artıq birbaşa sübutları var, o cümlədən ABŞ-nin yeni administrasiyasının qəbul etdiyi qərarlar əsasında. Əgər biz o zaman sanksiyalara qoşulmaq və ya könüllü döyüşçülər göndərmək qərarını versəydik, əlbəttə, bu gün ölkəmizdə hər şey tamam başqa, hətta Ukraynadakı mövcud vəziyyətdən qat-qat ağır olardı. Bu gün hər şeyə aydınlıq gətirilir. 2-3 il əvvəl cəmiyyətin müəyyən hissəsi üçün başa düşülməsi çətin olan şeyləri bu gün başa düşmək daha asandır” – baş nazir qeyd edib.