Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistana rəsmi səfərə yollanıb.
Aşqabad Beynəlxalq Hava Limanında Gürcüstanın Baş nazirinin qarşılanma mərasimi keçiriləcək. Türkmənistan Prezidenti Serdar Berdimuhamedov təkbətək görüşdə martın 7-də İrakli Kobaxidzeni qəbul edəcək.
Hökumət Administrasiyasının məlumatına əsasən, rəsmi səfər çərçivəsində Gürcüstanın birinci vitse-baş naziri və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavininin rəhbərliyi ilə Gürcüstan və Türkmənistan hökumətlərinin üzvləri arasında geniş tərkibdə danışıqlar aparılacaq, bundan sonra sektor qurumları arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanacaq.
Baş nazir İrakli Kobaxidze Türkmənistana birinci vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Bocorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili, idman naziri Şalva Qoqoladze və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti ilə birlikdə yollanıb.