İrakli Kobaxidze – Türkmənistan Prezidenti ilə söhbət ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinə, regional sülh və sabitliyin dəstəklənməsi üçün əməkdaşlığın aktivləşdirilməsinə yönəlib
İrakli Kobaxidze – Türkmənistan Prezidenti ilə söhbət ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinə, regional sülh və sabitliyin dəstəklənməsi üçün əməkdaşlığın aktivləşdirilməsinə yönəlib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovla görüşü barədə sosial şəbəkə X-də paylaşım edib.

Hökumət rəhbərinin sözlərinə görə, tərəflər arasında söhbət ölkələr arasında tərəfdaşlığın dərinləşdirilməsinə yönəlib.

“Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovla məhsuldar görüş keçirdim. Söhbətimiz ölkələr arasında tərəfdaşlığın dərinləşdirilməsinə, regional sülh və sabitliyin dəstəklənməsi üçün əməkdaşlığın daha da aktivləşdirilməsinə yönəlmişdi”, – deyə Baş nazir bildirib.