İrakli Kobaxidze – Türkmənistan Prezidenti ilə görüşdə Gürcüstan və Türkmənistan arasında mövcud olan güclü tərəfdaşlığı bir daha təsdiqlədik və ikitərəfli münasibətlərin əsas prioritetlərini müzakirə etdik

14:37, 17.07.2026

“Biz Gürcüstan və Türkmənistan arasında mövcud olan güclü tərəfdaşlığı bir daha təsdiqlədik və ikitərəfli münasibətlərin əsas prioritetlərini müzakirə etdik”, – Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkə X-də yazıb.

İrakli Kobaxidze qeyd edib ki, görüş zamanı regional və beynəlxalq məsələlər də müzakirə olunub.

“Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Gürcüstana ilk dövlət səfəri çərçivəsində onu ölkəmizdə qəbul etmək mənim üçün böyük şərəfdir. Biz Gürcüstan və Türkmənistan arasında mövcud olan güclü tərəfdaşlığı bir daha təsdiqlədik və ikitərəfli münasibətlərin əsas prioritetlərini müzakirə etdik. Həmçinin regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi apardıq”, – deyə İrakli Kobaxidze bildirib.

Oxşar