İrakli Kobaxidze Türkiyənin hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı Rəcəp Tayyip Ərdoğana başsağlığı verib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanla telefonla danışaraq, Türkiyəyə məxsus hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı ona başsağlığı verib.
İrakli Kobaxidze sosial şəbəkə X-də qeyd edib ki, Gürcüstan bu çətin zamanda Türkiyə dostlarına tam həmrəylik nümayiş etdirir.
“Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin Gürcüstanda baş vermiş faciəli qəzaya uğraması ilə bağlı Prezident Ərdoğana səmimi başsağlığımı çatdırdım. Bu çətin zamanda Gürcüstan tam həmrəyliklə Türkiyə dostlarının yanındadır. Düşüncələrimiz həlak olanların, onların ailələrinin və bu faciədən zərər çəkmiş hər kəsin yanındadır,” – deyə Baş nazir bildirib.