İrakli Kobaxidze Türkiyənin daxili işlər naziri ilə görüşüb
İrakli Kobaxidze Türkiyənin daxili işlər naziri ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ilə görüşüb. Görüşdə Gürcüstan və Türkiyə arasında mövcud dostluq münasibətləri və strateji tərəfdaşlığa toxunulub.

Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, görüşdə Gürcüstanın Daxili İşlər Nazirliyi ilə Türkiyənin hüquq-mühafizə orqanları arasında səmərəli tərəfdaşlıq vurğulanıb.

“Regionda gedən prosesləri, sabitliyin və sülhün dəstəklənməsi baxımından Gürcüstan və Türkiyənin rolunu müzakirə ediblər.

Baş nazir Türkiyənin daxili işlər nazirinə Gürcüstana səfərinə görə təşəkkür edib və bu cür yüksək səviyyəli səfərlərin ölkələr arasında strateji tərəfdaşlığın daha da inkişafına kömək etdiyini qeyd edib.

Görüşdə Gürcüstanın daxili işlər naziri Qeka Qeladze iştirak edib” – Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatında qeyd olunub.