İrakli Kobaxidze Türkiyədə faciə ilə bağlı prezident Ərdoğana və türk xalqına başsağlığı verir

18:27, 21.01.2025

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyədə dağ-xizək kurortunda baş vermiş faciə ilə bağlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına başsağlığı verir.

Hökumət başçısı X sosial şəbəkəsində yanğın qurbanlarının ailələrinə başsağlığı verir.

“Türkiyədə Kartalkaya dağ-xizək kurortunun mehmanxanasında baş vermiş dəhşətli yanğın məni çox məyus etdi. Prezident Ərdoğana tam dəstəyimi ifadə edirəm. Yanğın qurbanlarının ailələrinə başsağlığı veririk və türk xalqı ilə həmrəyik” – İrakli Kobaxidze bildirir.

Türkiyənin dağ-xizək kurortunda mehmanxanalardan birində yanğında 66 nəfər həyatını itirb, 51 nəfər yaralanıb.

Oxşar