İrakli Kobaxidze: “Transparency International Georgia” artıq rəsmi şəkildə etiraf edib ki, “Milli Hərəkat”ın partiya əlavəsidir, buna görə də onların bəyanatlarının heç bir dəyəri yoxdur

18:34, 07.10.2026

“Transparency International Georgia” artıq rəsmi şəkildə etiraf edib ki, “Milli Hərəkat”ın partiya əlavəsidir. Buna görə də onların bəyanatlarının heç bir dəyəri yoxdur. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Transparency International Georgia”nın araşdırması ilə bağlı jurnalistin sualını cavablandırarkən bildirib.
Kobaxidzenin sözlərinə görə, “Transparency International Georgia”nın biabırçı spekulyasiyaları şərh mövzusu ola bilməz.

“Aliko Elisashvilinin həbsi ilə Rusiyanın nə əlaqəsi var? Baramidzenin tamamilə biabırçı və qeyri-legitim bəyanatlarına görə həbsinin Rusiya ilə nə əlaqəsi var? “Transparency International Georgia” artıq rəsmi şəkildə etiraf edib ki, o, “Milli Hərəkat”ın partiya əlavəsidir. Buna görə də onların bu cür bəyanatlarının heç bir dəyəri yoxdur”, – deyə İrakli Kobaxidze bildirib.

Oxşar