İrakli Kobaxidze – Tianetinin inkişafı Levan Tsiklauri ikinci turu qazandıqdan sonra layiqli əllərdə olacaq
20 munisipalitetdə ikinci tur keçirilir, bu gün Tianetidəyik, burada ikinci tur keçirilir, çox layiqli namizədimiz var, Levan Tsiklauri, onun qələbəsində əminik, – bu barədə “Gürcü Arzusu” partiyasının sədri, İrakli Kobaxidze Tianetidə jurnalistlərə bəyan etdi.
“Levan Tsiklaurinin birinci turda da üstünlüyü var idi. Bundan irəli gələrək, ikinci turda seçkilərdə qələbə qazanmaqda çətinlik çəkməyəcək. Lakin, sözsüz ki, hər halda seçicilərin və bizim aktivistlərimizin səfərbərliyi lazımdır. Levani qəbə qazandıqdan sonra, tamamilə Tianetinin inkişafına keçməliyik. Bu prinsipial olaraq əhəmiyyətlidir.
Tamaz Meçiauri bizim opponentimizdir və bizim konkret iradlarımız var müxtəlif məsələlərlə bağlı. Lakin bu gün bu barədə danışmağı planlaşdırmıram. Bu gün onun barəsədində danışmağı planlaşdırıram ki, Levan Tsiklauri bu munisipalitetdə ən layiqli namizəddir. Tianetinin inkişafı Levan Tsiklauri 30 oktyabrda ikinci turu qazandıqdan sonra layiqli əllərdə olacaq”, – Kobaxidze bəyan etdi.