İrakli Kobaxidze: Terrorizmə qarşı deyil, terrorizmə yönələn həmrəylik həm yerli agenturanın, həm də ölkə xaricindəki himayədarlarının çatdığı tamamilə yeni zirvədir
İrakli Kobaxidze: “Terrorizmə dəstək göstərilməsi həm yerli agenturanın, həm də ölkə xaricindəki himayədarlarının çatdığı tamamilə yeni zirvədir.”
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bugünkü brifinqdə bildirib.
Kobaxidzenin sözlərinə görə, bu hal həm Avropa bürokratiyasında, həm də yerli agenturada yaranmış faciəvi vəziyyəti bir daha göstərir.
Baş nazir qeyd edib ki, hər kəs Tbilisi Şəhər Məhkəməsində baş verənləri yaxşı bilir: bir şəxs məhkəmə binasını yandırmağa cəhd edib və bu, bütün ölkələrin qanunvericiliyinə uyğun olaraq terror aktı kimi qiymətləndirilən əməldir.
“Belə bir vəziyyətdə bu cür hərəkətdən məsafə saxlamamaq özlüyündə ümumi yanaşmanı göstərir. Siyasi terrorizm və adi, ümumi terrorizm onlar üçün tamamilə qəbul edilən bir hadisədir. Bu, onların ümumi fəaliyyət üslubudur. Ümumilikdə, bütün bu illər ərzində etdikləri işlər gürcü xalqına qarşı bir növ terror olub – daim iğtişaş cəhdləri, inqilab ssenarilərinin hazırlanması. Lakin bu halda terror artıq konkret cinayət formasını alıb. Buna münasibətdə mövqe bildirmədikdə, insan öz mahiyyətini tam şəkildə ortaya qoyur”, – deyə İrakli Kobaxidze bildirib.