İrakli Kobaxidze - Təhsil islahatı heç bir halda mübadilə proqramları üçün problem yaratmayacaq, əksinə, tələbələrin bu proqramlarda iştirakına təşviqedici təsir göstərəcək
Təhsil islahatı heç bir halda mübadilə proqramları üçün problem yaratmayacaq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə interpelyasiya qaydası ilə dinlənilərkən deyib.
Baş nazirin izahatına əsasən, əksinə, ali təhsil sistemi təkmilləşdirildikdə, bu, tələbələrə beynəlxalq mübadilə proqramlarında maksimum dərəcədə iştirak etmək üçün daha yaxşı imkan verəcək.
“Bundan irəli gələrək, bu islahat, əksinə, mübadilə proqramlarının uğurla həyata keçirilməsinə və tələbələrin bu proqramlarda iştirakına təşviqedici təsir göstərəcək” – baş nazir bildirib.